Logo

Niyazi Bayramov Xalq artistini yubileyi münasibətilə təbrik edib - FOTO

04.02.2023 10:31 384 baxış
IMG

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikasının xalq artisti, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Rafael Bayramovu 70 illik yubileyi münasibətilə təbrik edib.

Tehsil.biz xəbər verir ki, şəhər rəhbəri Rafael Bayrmova xoş arzularını çatdırıb və yaradıcılıq fəaliyyətinin davamlı olmasını arzulayıb. Daha sonra Niyazi Bayramov Gəncə şəhərinin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Xalq artistinə “Təşəkkürnamə” və hədiyyə təqdim edib.

Rafael Bayramov öz növbəsindən ölkə mədəniyyətinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Bayramov Rafael Əli oğlu 1 fevral 1953-cü ildə Gəncə şəhərində anadan olub. 1997-ci ildən F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və dirijoru vəzifsində çalışır. Müxtəılif illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlarandırılıb. 2017-ci ildə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Xalq” artisti adına layiq görülüb.

Xəbər lenti