Logo

Polis Akademiyasına sənəd verən şagirdlərlə görüş keçirilib - FOTO

04.02.2023 10:52 270 baxış
IMG

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Polis Akademiyasına sənəd vermiş XI sinif şagirdləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Beyləqan RPŞ-nin rəisi polis polkovniki Rüstəm Cəfərov və Beyləqan RTS-nin müdir əvəzi Həsən Məmmədov iştirak ediblər.

Görüşdə Rüstəm Cəfərov polis sıralarına qatılmaq arzusunda olan şagirdlərə sağlam həyat tərzi keçirmələrini, dərslərini daha yaxşı oxumalarını tövsiyə edilib. Polisin gündəlik fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verib.

Sonra Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat verilib və müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Xəbər lenti