Logo

ABŞ səfirliyindən azərbaycanlı şagirdlə bağlı paylaşım - FOTO

04.02.2023 12:28 993 baxış
IMG

ABŞ-nin Azərbaycandakı səfirliyi Beynəlxalq Olimpiadada qalib olan azərbaycanlı məktəbli Qəndab Məmmədova ilə bağlı paylaşım edib.

Tehsil.biz xəbər verir ki, paylaşımda qeyd olunub:

"ABŞ-də keçirilən Beynəlxalq Olimpiadada qızıl medal qazanan azərbaycanlı orta məktəb şagirdi ilə bağlı şad xəbərlərdən bir neçəsini bölüşməkdən məmnunuq. Qəndab Məmmədova Rays Universitetində keçirilən fizika və astronomiya üzrə Kopernik Olimpiadasında Azərbaycanı qlobal səhnədə təmsil edib və qızıl medal qazanıb. Qəndabı təbrik edirik!"

Qeyd edək ki, Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olan Qəndab Məmmədova 29 ölkənin iştirak etdiyi yarışda qalib olub.

Xəbər lenti