Logo

Sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransı ilə bağlı təlimlər təşkil ediləcək

04.02.2023 13:43 277 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçısı olduğu “International Conference of Young Social Science Researchers 2023” (ICYSSR 2023) (Sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransı) adlı beynəlxalq elmi konfransa məqalə qəbulu davam edir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, konfrans mayın 26-27-də hibrid formatda keçiriləcək.

Məqalələr aprelin 10-dək qəbul olunacaq.

Konfransın elmi və inzibati heyətində 15 ölkədən və 32 təşkilatdan alimlər yer alır. Tədbirə onlayn formada göndərilən məqalələrin (https://www.erc-unec.com/icyssr-submission) ikitərəfli anonim rəyçilik prinsipi əsasında qiymətləndirilməsi aparılacaq. Konfrans çərçivəsində gənc tədqiqatçılara elmi məqalə yazılması ilə bağlı fevralın 6, 8 və 10-da ödənişsiz onlayn təlimlər keçiriləcək.

Konfransın işçi dili ingilis dilidir. Konfrans “Scopus” indeksli nəşrlər də daxil olmaqla, nüfuzlu jurnallarda məqalə nəşr etdirmək niyyətində olan gənc tədqiqatçılara çoxsaylı imkanlar yaradır. Ətraflı məlumatı konfransın rəsmi internet səhifəsindən əldə etmək olar.

Xəbər lenti