Logo

Magistraturaya sənəd qəbulu davam edir

04.02.2023 20:41 272 baxış
IMG

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və fevralın 9-u saat 23:59-dək davam edəcək. Fevralın 4-ü saat 13:05-ə olan məlumata əsasən, 9540 bakalavr (Azərbaycan bölməsi - 8690; rus bölməsi – 850) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlərin DİM-in internet portalında “Şəxsi kabinet”i olmalıdır. Ərizə vermək üçün tələb olunan məbləğ “Şəxsi kabinet”indəki hesaba əlavə edilir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə Mərkəzin internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan fevralın 19-da keçiriləcək.

Xəbər lenti