Logo

Cəlilabadda məktəbin kameraları və pəncərələri sındırılıb

04.02.2023 21:37 233 baxış
IMG

Fevralın 4-də səhər saat 07:30 radələrində  Cəlilabad rayonu üzrə təhsil sektorunun tabeliyində olan V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin  bir neçə sinif otağında pəncərə şüşələrinin naməlum şəraitdə sındırıldığı aşkar edilib.

Bu barədə "Tehsil.biz"ə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib.

"Göytəpə Şəhər Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı iki nəfər şübhəli səxs saxlanılıb.

Əlavə olaraq bildiririk ki, 17 noyabr 2022-ci il tarixdə adıçəkilən məktəbdə izləmə kameraları naməlum şəraitdə qəsdən sındırılıb. Hazırda baş vermiş hər iki hadisənin bir-biri ilə əlaqəsinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti üzrə araşdırma işləri aparılmaqdadır.

Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti