Logo

Beynəlxalq Türk Akademiyasının prezidenti Şərqşünaslıq İnstitutunda olub - FOTO

04.02.2023 22:04 256 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində Ramazan Süleymanov adına Şərqşünaslıq İnstitutunda olub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə Şərqşünaslıq İnstitutunun direktoru Düken Məsimxanulı, Fəlsəfə, Siyasi Elmlər və Din İnstitutunun baş direktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının üzvü Serik Seydumanov, tanınmış şərqşünas-tarixçi alim, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının üzvü Meruyert Abuseitova və institutun mütəxəssisləri iştirak ediblər.

İclasda türklərin inteqrasiya prosesi üçün birgə layihələrin hazırlanması, bu sahədə mütəxəssislərin yetişdirilməsi, elmi konfransların təşkili və türk xalqlarının dillərinin ortaq lüğətinin yaradılması məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşdə rəhbərlik etdiyi Akademiyanın fəaliyyəti və gələcək planlarından danışan akademik Ş.Mustafayev Ramazan Süleymanov adına Şərqşünaslıq İnstitutunun mütəxəssislərini elmi inteqrasiya çərçivəsində birgə layihələr həyata keçirməyə dəvət edib.

D.Məsimhanulı Ş.Mustafayevə institutda aparılan işlər və elmi-tədqiqat layihələri barədə məlumat verib. O, institutun Qazaxıstanın şərqşünaslıq sahəsində aparıcı elmi-tədqiqat mərkəzi olduğunu diqqətə çatdırıb. İclasda iştirak edən alimlər şərqşünaslıq elminin inkişafı ilə bağlı öz təkliflərini təqdim edib, birgə tədqiqat layihələrinin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşüblər.

Görüşün sonunda D.Məsimhanulı alimlərin təklifləri əsasında gələcəkdə birgə layihələrdə işləməyə hazır olduqlarını ifadə edib.

Xəbər lenti