Logo

Bu şəxslərin NƏZƏRİNƏ: sertifikatların verilməsinə başlanılıb

06.02.2023 09:33 826 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 dekabr 2022-ci il tarixində keçirilmiş dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Qeyd olunub ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.

Xəbər lenti