Logo

Fransa səfirliyində məzunlarla görüş olub - FOTO

06.02.2023 11:06 370 baxış
IMG

Fevralın 3-də Fransanın Azərbaycandakı səfirliyində xanım səfir Anne Boillon tərəfindən Fransa məzunlarının şərəfinə rəsmi qəbul təşkil edilib.

"Tehsil.biz"in məlumatına görə, tədbirdə müxtəlif illərdə Fransa universitetlərində təhsil almış müxtəlif sahələri təmsil edən 40-dan çox məzun iştirak edib. 

Məzunları salamlayan Anne Boillon 1883-cü ildə Strasburq universitetinin ilk məzunu olmuş azərbaycanlı alim Mövsüm bəy Xanlarovdan başlayaraq hazırda Fransa universitetlərinin məzunu olmuş 1000-dən çox azərbaycanlının olduğunu vurğulayıb. Səfir iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində və inkişafında məzunların rolunu vurğulayıb. 

Azərbaycan Fransa Məzunları İctimai Birliyinin sədri Vazeh Əskərov məzunları bir araya topladığına görə səfirə təşəkkür edərək, təşkilatın yaranma tarixi barədə qısa məlumat verib. Hazırda AAAF yüzlərlə məzunu birləşdirir və sıraları 400 nəfərə yaxın məzunu olan Azərbaycan-Fransız Universitetinin sayəsində genişlənməkdədir. 

AAAF İdarə heyətinin üzvü Məsim Məmmədov Azərbaycanda istənilən sahədə Fransa məzunu olmuş azərbaycanlıya rast gəlmək olduğunu bildirib. O da dövlətlər arasında münasibətlərin inkişafında məzunların xüsusi rolunu qeyd edib.
Tədbirdə UFAZ məzunları və universitetdə çalışan Fransa məzunları da iştirak edib.

Xəbər lenti