Logo

“Cəmiyyət və Din” qəzetinin bu il ilk sayı işıq üzü görüb

06.02.2023 11:49 309 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbu orqanı olan “Cəmiyyət və Din” qəzetinin 2023-cü ildə ilk sayı işıq üzü görüb.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, cari ildən etibarən hər ay elektron formada çıxacaq “Cəmiyyət və Din” qəzetinin bu nömrəsində də ölkə rəhbərinin rəsmi görüşləri və çıxışları, respublikamızda və ümumilikdə dünyada gedən ictimai-siyasi və mədəni proseslər, dini sahədə baş verən hadisələr haqqında xəbərlər, qeyri-kommersiya dini qurumlarının dövlət reyestr məlumatları öz əksini tapıb.

Qəzetdə, eyni zamanda Dövlət Komitəsi rəhbərliyinin yanvar ayı ərzində fəaliyyəti işıqlandırılıb, müxtəlif məqalələr və müsahibələr diqqətə çatdırılıb. Belə ki, qəzetdə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun müsahibəsi, İslam mədəniyyəti paytaxtı Bandunq, Ağdamın “Cümə”, Xındırıstan və Çəmənli kənd “Cümşüd” məscidləri, Cəlilabad rayonundakı Müqəddəs Olqa kilsəsi, Rəcəb ayı, Vətən Müharibəsi şəhidləri haqqında məqalələr oxuculara təqdim olunub.

Bundan başqa, Komitə tərəfindən yanvar ayı ərzində təşkil olunan dini maarifləndirici tədbirlər – regional konfranslar, seminar müşavirələr, seminar-treninqlər, həmçinin Mərkəzi Aparatda keçirilən görüşlər qəzetdə geniş işıqlandırılıb.

Xəbər lenti