Logo

BDU tələbələri Ərəb dili üzrə müvəffəqiyyət sertifikatına yiyələniblər

06.02.2023 13:52 244 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri Omanın paytaxtı Maskatda keçirilən Ərəb dili üzrə Asiya debat çempionatında müvəffəqiyyət sertifikatına yiyələniblər.

Tehsil.biz xəbər verir ki, qeyri-ərəb ölkələrinin də iştirak etdiyi beynəlxalq yarışda BDU-nun gələcək şərqşünasları çətin qruplardan birində mübarizə aparıblar. Tələbələr Tayland komandası üzərində qələbə qazanıb, Malayziya komandası qarşısında az fərqlə xal itiriblər.

Debat çempionatında əsas mövzuları biomüxtəliflik, yaşıl iqtisadiyyat, ekoloji təhlükəsizlik kimi qlobal problemlər təşkil edib.

Xəbər lenti