Logo

ADNSU-da şəhid məzun Əlihüseyn Məmmədovun xatirəsi anılıb - FOTO

06.02.2023 16:01 252 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) şəhid məzun Əlihüseyn Məmmədovun xatirəsini anılıb.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Əvvəlcə şəhid məzunların xatirə guşəsi önünə gül dəstələri qoyulub.

Professor və müəllimlərin, şəhid məzunların valideynlərinin iştirak etdikləri tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Ata Babayev, Energetika fakültəsinin dekanı dosent Aydin Əliyev və Enerji istehsalı texnologiyaları kafedrasının müdiri dosent Şükür Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıblar. Qələbəmizin sonsuz qürur hissi doğurduğu vurğulanıb.

Qeyd olunub ki, Vətən müharibəsi zamanı ADNSU-nun məzun və tələbələri də böyük mərdlik və fədakarlıq nümunəsi göstəriblər.

Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə Əlihüseyn Məmmədovun igidliyindən bəhs ediblər. Vurğulanıb ki, şəhidlərin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.

Xəbər lenti