Logo

İnformatika fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

06.02.2023 17:52 226 baxış
IMG

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderator – Anar Rəşidov cavabı yazı ilə ifadə olunan tapşırıqların və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Beləliklə, kursun birinci mərhələsi başa çatıb. İştirakçılara ev tapşırığı verilib. Növbəti məşğələdə ev tapşırıqlarının müzakirəsi aparılacaq. 

Xəbər lenti