Logo

Dağıntılar altında qalan azərbaycanlı tələbə bacılar xilas edildi

06.02.2023 19:18 474 baxış
IMG

Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş bölgəsində iki azərbaycanlı tələbə - Gülşən Cəfərova və Jalə Cəfərova dağıntılar altından xilas edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist, İstanbuldakı sabiq baş konsul İbrahim Nəbioğlu bildirib.

Onun sözlərinə görə, xilas edilən tələbələr bacıdırlar.

Qızların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Həmçinin oxuyun: Azərbaycanlı tələbələr Türkiyədə dağıntılar altında qalıb - FOTO

Xəbər lenti