Logo

Rektor: "UNEC-də meqafakültələrin formalaşdırılması prosesi tamamlanıb"

07.02.2023 10:56 278 baxış
IMG

"UNEC-də bir neçə ildir aparılan struktur dəyişiklikləri çərçivəsində meqafakültələrin formalaşdırılması prosesi tamamlanıb".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib.

Rektor bildirib ki, artıq xeyli vaxtdır ki, bu istiqamətdə sonuncu mərhələyə start verilib.

"Bu mərhələdə meqafakültələr bazasında institutların yaradılması hədəflənir. İlk belə institut BMDM (Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi) bazasında yaradılacaq. Yaradılacaq institutların maksimum səlahiyyətlərə malik olması fikrini qəbul edirik. Bu məqsədlə institutun adı, idarəetmə strukturu və digər aidiyyəti məsələlərə dair növbəti müzakirə apardıq. Yaxın bir neçə ay ərzində bu işi bitirəcəyik".

Mərcanə Əsədova

Xəbər lenti