Logo

"Space" TV-də rəhbər dəyişikliyi olub

07.02.2023 11:37 348 baxış
IMG

Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən gedib.

Tehsil.biz xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.

Müşfiq Hətəmov 2021-ci ilin may ayında "Space" TV-yə rəhbər təyin olunmuşdu.

Müşfiq Hətəmov “Nabat”, “Dolu”, “Nar bağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə”, “Qırmızı bağ”, “Axınla aşağı”, “Üçüncü günün adamı” və s. filmlərin prodüseridir.

Vado Karovin “Şən və Hazırcavablar” klubunda “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb.

Xəbər lenti