Logo

İki günün direktoru işdən niyə çıxarıldı? - RƏSMİ

07.02.2023 12:58 4326 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədlinin müəllimlərin etirazı səbəbilə işdən azad olunmasına münasibət bildirib.

Qurumdan "Tehsil.biz"ə bildirilib ki, Turan Məmmədli 1 fevral 2023-cü il tarixində Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə direktor təyin olunub.

"Lakin məktəbin kollektivi ilə direktor arasında mübahisə yaranıb. Mübahisəyə səbəb də məktəbdə müəllim şagird münasibətlərinin düzgün qurulmaması, müəllimlərin dərs yükünün azaldılması olub.

Baş verən mübahisədən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov da məktəbdə olub. Məktəbdə xüsusi komissiya ilə iclas keçirilib və komissiya tərəfindən bir daha təhlillər aparılaraq, yekun protokollar hazırlanıb. Məktəbin müəllimləri də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tərəfindən qəbul edilib.

Aparılan təhlillərə və yekun qərara əsasən fevralın 3-də Turan Məmmədli Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub", - nazirliyin məlumatında qeyd olunub.

Mərcanə Əsədova

Xəbər lenti