2022-2023-cü tədris ilinin payız semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə verilən məlumata görə, bu günə qədər 5670 nəfər tələbə kreditindən yararlanıb.
Onlardan 2170 nəfərin müraciəti sosial TTK, 3500 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.