Logo

Prezidentin xüsusi nümayəndəsi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

07.02.2023 15:25 206 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində Avstriyada yaşayan müsabiqə qalibi Emil Məmmədli ilə onlayn, Əli Əhmədovla isə üz-üzə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, layihənin idarəçi rəhbərlərindən biri olaraq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibləri ilə sıx əməkdaşlıq edəcəyini, onlarla təcrübəsini bölüşəcəyini və beləliklə, potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində Prezidentin xüsusi nümayəndəsinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xəbər lenti