Logo

“Peşəkar ol” layihəsi üzrə təlimlər başlayıb

07.02.2023 15:38 273 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Peşəkar ol” layihəsi üzrə təlimlərə başlayıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təlimlərə Azərbaycan Dillər Universitetinin müraciəti əsasında pedaqoji fakültələrdə təhsil alan bakalavr və magistrantlar cəlb olunublar. Təlimlər “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Oxu bacarıqları”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Sinfin idarə edilməsi”, “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”, “Rabitəli nitqin inkişafı”, “Müəllimlərin işə qəbulu prosesi haqqında məlumatlandırma”, “Təhsildə neyroelm”, “Öyrətmə və öyrənmənin xüsusiyyətləri”, “Müəllim-şagird münasibətləri” mövzularını əhatə edir.

Fevralın 10-dək davam edəcək təlim proqramını uğurla bitirən iştirakçılara Təhsil İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Peşəkar ol” layihəsinin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.

Xəbər lenti