Logo

Apellyasiya müsahibələrinin nəticələrinə dair məlumat şəxsi səhifələrə göndərilib

07.02.2023 15:51 266 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin nəticələri barədə məlumat şəxsi səhifələrinə göndərilib.

Bu barədə "Tehsil.biz"ə İnsan Resursları Mərkəzindən bildirilib.

Namizədlər 9 fevral saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti regional təhsil idarələrinə təqdim etməlidirlər.

Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti regional təhsil idarələri tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Xəbər lenti