Logo

Məktəblər yenidən bağlana bilərmi? - Deputat

24.02.2021 10:40 1286 baxış
IMG

"Yoluxma sayında ciddi artım müşahidə olunarsa, Operativ Qərargah orta ümumtəhsil məktəblərində dərslərin yenidən bağlanması barədə qərarın qəbul edilməsi məsələsinə baxa bilər”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov orta ümumtəhsil məktəblərində 225 şagirdin virusa yoluxmasından danışarkən deyib. Deputat hələ kütləvi yoluxmanın müşahidə olunmadığını da vurğulayıb:

 

"Burada valideyn və şagirdlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar bütün gigyenik qaydalara əməl etməli, valideynlər məktəblərin qarşısında sıx toplaşmamalı, özlərini və yaxınlarını qorumalıdırlar".

 

Qeyd edək ki, Təhsil Nazirliyin orta ümumtəhsil məktəblərinin bərpasından sonra koronavirusa yoluxan şagird və müəllimlərin sayını açıqlayıb. Bildirilib ki, 225 əyani tədrisə cəlb olunmuş şagird, 159 nəfər isə işçi heyət virusa yoluxub.

Xəbər lenti