Astronomlar Yupiterin daha 12 peykini kəşf etməyə müvəffəq olublar.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, məlum peyklərin ümumi sayı hazırda 92-yə çatıb. Bu, Günəş sisteminin planetləri arasında maksimumdur.
“Sky & Telescope” elmi jurnalının saytı Yupiterin peyklərinin orbitlərini əks etdirən şəkil dərc edib.
Məqalədə bütün aşkar edilmiş peyklərin kiçik olduğu və planetdən böyük məsafədə yerləşdiyi qeyd edilib.