Logo

Yardımlıda Heydər Əliyev irsinin təbliği ilə bağlı tədbir keçirilib - FOTO

08.02.2023 11:05 549 baxış
IMG

Fevralın 7-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin təbliği məqsədilə "Unudulmayan izlər" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Gavran kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycan tarixinə əbədi həkk olan, xalqımızın xilaskarına çevrilən Ümummilli liderin keçmişimiz, bu günümüz və gələcəyimiz üçün gördüyü işlərdən bəhs edib.

Yekunda tədbir iştirakçıları mərkəzdə "Heydər Əliyev ili" ilə bağlı təşkil olunan "Unudulmaz dahi" adlı sərgi, həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, Vətən müharibəsinin Yardımlı şəhidləri haqqında məlumat lövhəsi ilə tanış olublar.

Xəbər lenti