Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar fevralın 7-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə gənclərin ekskursiyası təşkil edilib.
Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı mərkəzin əməkdaşları tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər, kitablar haqqında gənclərə ətraflı məlumat verilib.
Sonra mərkəzin sərgi otağında yaradılmış "Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusudur!" guşəsi ziyarət olunub.