Logo

Aşqarlar Kimyası İnstıtutu Türkiyə üçün yardım kampaniyasına qoşulub

08.02.2023 12:42 367 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, institutun rəhbərliyi başda olmaqla bir qrup əməkdaşı "Ziraat Bank"da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesabına pul vəsaiti köçürüb.

İnstitutun əməkdaşları tərəfindən toplanan humanitar yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasının yanındakı yardım toplama məntəqəsinə çatdırılıb.

Həmçinin oxuyun: Bakı Avrasiya Universiteti Türkiyəyə 10 min manat ianə göndərdi

Xəbər lenti