Logo

Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

08.02.2023 15:40 276 baxış
IMG

Gənclər və idman naziri Fərid Qayıbov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Arzu Tairquliyeva-Nağıyeva və İlyas İsmayıllı ilə görüş keçirib. 

Tehsil.biz xəbər verir ki, layihənin idarəçi rəhbərlərindən biri olaraq Fərid Qayıbov birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində gənclər və idman nazirinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

Xəbər lenti