Logo

"Bir dahinin həyat yoluna səyahət" adlı layihənin növbəti tədbiri keçirilib - FOTO

08.02.2023 15:52 434 baxış
IMG

Fevralın 8-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mərkəzdə "Heydər Əliyev ili"nə həsr olunmuş "Bir dahinin həyat yoluna səyahət" adlı layihənin növbəti tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Anzov kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib.

Sonra Ayaz Əliyev dahi şəxsiyyət Heydər Əliyevin həyatı, fəaliyyəti, o cümlədən xalqımıza miras qoyduğu irslə bağlı geniş məruzə edib.

Tədbirdə çıxış edən Yardımlı RİHB-nın müavini Əfsanə Məmmədova Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tənəzzüldən qurtarmasından, cəmiyyətin süqutdan inkişafa doğru keçdiyi yollardan bəhs edib.

Yekunda "Öndərin yolu" sənədli filmi nümayiş olunub, sonra tədbir iştirakçıları mərkəzdəki sərgi və eksponatlarla tanış olublar.

Xəbər lenti