Gənc yazar Kəramət Böyükçöl Türkiyədə zəlzələdən zərər çəkənlərə ianə yardımı edib.
Tehsil.biz xəbər verir ki, bu barədə Kəramət Böyükçölün özü məlumat verib.
"Parkda öz kitablarımı satdım. İndi Türkiyə səfirliyinin yaydığı hesab nömrəsinə 1000 AZN köçürməyə gedirəm. Çeki də paylaşacağam. Maddi gücüm 1000 manata çatdı, Türkiyəyə qardaş sevgim isə sonsuzdur. Kitab almağa gələnlərin hər birinə təşəkkürümü bildirirəm. Çünki bu yardımı həm də onlar etdilər", - deyə o, qeyd edib.