Fevralın 3-də Azərbaycan Dillər Universitetinin Rəşid Behbudov küç. 134-də yerləşən inzibati binasında ECL İmtahanı Alman dili B1 səviyyəsi üzrə keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, növbəti imtahan 3 mart tarixində Azərbaycan Dillər Universitetində keçiriləcək. İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dosent Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.
Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.
Qeydiyyatdan keçmək istəyən şəxslər Şəxsiyyət vəsiqəsi ilə birgə 10 fevral 2023-cü il saat 15:00 dək ADU-nun 4- cü mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə ( Qrantlar - Layihələr ) yaxınlaşmağınız xahiş olunur.
Əlaqə üçün
1.Aida Sobor tel : 0503757201
2.Qönçə Abdulrəhimova tel: 0503304842