Logo

"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək

24.02.2021 14:08 1118 baxış
IMG

25 fevral saat 19:00-da "Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək.

 

Vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, 214 nömrəli tam orta məktəbin direktoru Fəttah Fəttayev, 220 nömrəli məktəb-liseyin İngilis dili müəllimi Ofeliya Qafarova, 276 nömrəli tam orta məktəbin məzunu, ADA Universitetinin tələbəsi Əziz Kərimli, 287 nömrəli "Zəkalar" liseyinin VIII sinif şagirdi Zərifə Hüseynova və valideyn Təranə Salahova iştirak edəcək.

 

Təhsil prosesinin iştirakçıları olan tərəflərin görüşünün keçirilməsində əsas məqsəd müasir dövrdə məktəbin rolu və məktəbdən gözləntilərin nədən ibarət olduğu haqqında müzakirələr aparmaqdan ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təlimə Dəstək Mərkəzinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Vebinarda mövzu ətrafında müzakirələr aparılacaq, təhsil işçiləri, eləcə də valideyn və şagirdlərin sualları cavablandırılacaq.

Xəbər lenti