Logo

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib

09.02.2023 15:34 421 baxış
IMG

Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsilə bağlı Sərəncam imzalayıb.

Tehsil.biz xəbər verir ki, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan 2023-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti