Logo

Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

09.02.2023 16:25 290 baxış
IMG

Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

Tehsil.biz xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Tədbirlər Planına əsasən, il ərzində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materialların hazırlanması, eləcə də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının hazırlanması, “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalının yaradılması da nəzərdə tutulur.

Adıçəkilən tədbiqlərin yaradılmasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı orqan kimi müəyyənləşib.

Xəbər lenti