Logo

"İlahiyyat İnstitutu dünyanın ali dini təhsil verən qabaqcıl mərkəzlərindən biri olacaq"

09.02.2023 17:14 399 baxış
IMG

"Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkədəki dini mühitin məcrasını müsbət mənada dəyişdi. Xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan milli-mənəvi dəyərlərin qorunub-saxlanılması üçün çalışacaq, dini ədavət və düşmənçilik meyillərinin qarşısını alacaq yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əsas mahiyyətini ehtiva edir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib.

Onun sözlərinə görə, İnstitut keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır:

"Ali təhsil müəssisəsinin yaranmasından 5 il ötməsinə baxmayaraq apardığı tədris, təşkil etdiyi respublikadaxili və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsinə töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi İnstitutun Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olmuşdur. İlahiyyat sahəsindəki problemləri araşdıran, təhlil edən, elmi tədqiqatlar aparan və bu nümunələri çap etməyi əsas məqsədlərdən biri hesab edən Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır".

Rektor qeyd edib ki, tədris proqramlarını beynəlxalq standartlara uyğun quran, şəffaf və keyfiyyətli tədris həyata keçirən Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin genişlənməsini daim diqqət mərkəzində saxlayır:

"Bunun nəticəsidir ki, İnstitut dünyanın 25-dən çox aparıcı ali təhsil müəssisəsi ilə imzaladığı protokollara uyğun olaraq, həmin ali təhsil ocaqları ilə tələbə mübadiləsi həyata keçirir. Azərbaycan İlahiyyat İnstitutu beşillik fəaliyyəti dövründə nəinki Qafqazda, eləcə də MDB məkanında ali dini təhsil verən aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir. Bütün bunlar deməyə əsas verir ki, böyük layihələr həyata keçirən İlahiyyat İnstitutu yaxın gələcəkdə dünyanın ali dini təhsil verən qabaqcıl mərkəzlərindən biri olacaqdır".

Mərcanə Əsədova

Həmçinin oxuyun: "Azərbaycan İlahiyyat İnstitutu qısa müddətdə böyük inkişaf yolu keçib"

Xəbər lenti