Fevralın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının birgə təşkilatçılığı ilə “Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət planının müzakirəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tehsil.biz xəbər verir ki, dəyirmi masada ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının əməkdaşları və Bakı, Sumqayıt, Abşeron və digər regionların məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçi-müəllimləri iştirak ediblər.
Dəyirmi masa məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislərin maraqlı və aktual təqdimatları ətrafında müzakirələr əsasında keçib.
Sonda mütəxəssislər təqdimatlara münasibət bildirib və maraqlı təkliflər irəli sürüblər.