Logo

Azərbaycan dilinin İKT problemləri ilə bağlı elmi konfrans keçiriləcək

10.02.2023 11:30 260 baxış
IMG

Fevralın 21-22-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktik konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, tədbirin təşkilatçıları Nizami Gəncəvi adına Ədəbiyyat və Nəsimi adına Dilçilik institutları, eləcə də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutlarıdır.

Xəbər lenti