Logo

Masallıda şagirdlərlə qazilərin görüşü keçirilib - FOTO

10.02.2023 15:34 604 baxış
IMG

Fevralın 10-da Masallı Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə Bədəlan kənd tam orta məktəbində “Qəhrəmanları tanıyaq” başlığı altında qazilərlə şagirdlərin görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə  Tağıyeva tədbirin mahiyətindən danışıb.

Sonra 44 günlük Vətən müharibəsinin iştirakçıları Qüdrət Əzizov, Murad Zeynalov, Ruslan Ağayev, Elçin Məmmədov, Amal Hüseynov, Cahangir Məmmədov, Talıb Qəzənfərli ,Elmir Səfərov çıxış edərək döyüş xatirələrindən bəhs ediblər.

Yekunda məktəbin direktoru Arif Mehtiyev, direktor müavini Məhbubə Şahbazova çıxış edərək şagirdlərin vətənpərvərlik ruhunda yetişmələrində xüsusi rol oynayan belə tədbirin keçirilməsində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti