Goranboy rayon E.Verdiyev adına Məşədiqaralar kənd tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Hüseynova Amerika Fulbright TEA (Ümumi Pedaqoji Kohort) təqaüd proqram çərçivəsində 2023-cü tədris ilində ABŞ-də 6 həftəlik proqramın qalibi olub.
Tehsil.biz xəbər verir ki, G.Hüseynova proqram barədə təəssüratlarını bölüşüb:
“Mən, hal-hazırda Kaliforniya Dövlət Universitetinin Çiko şəhərində yerləşən düşərgədə 16 müxtəlif ölkədən olan müəllimlərlə birgə bilik və təcrübəmi bölüşür, universitetin professorlarının seminarlarında innovativ biliklər əldə edirəm. Həmçinin təhsil idarəsində, Çiko və Sakramento şəhərlərində yerləşən kollec və orta məktəblərdə olaraq, təhsil sistemi ilə bağlı məlumatlar əldə edib, 16 ölkədən iştirakçılar arasında Azərbaycan və tədris apardığı ümumtəhsil məktəbi haqqında təqdimat edən intensiv bir proqram çərçivəsində dərslərin idarə edilməsi, dərs planının yazılması, IT üzrə və s. kimi akademik seminarlarda iştirak edirəm. Proqram çərçivəsində Sakramento şəhərinə 1 günlük səfər edərək, orda yerləşən orta məktəblə tanış olaraq, dərsləri müşahidə etdik. Həmçinin Kaliforniya Ştatının Dövlət Paxtayt muzeyində olaraq, Kaliforniya tarixi haqqında məlumat əldə etdik. Senator Josh Newman-lə görüşdük, mən özümü təqdim edəndə ki, Azərbaycandanam bildirdi ki, Bakıda olub və öz xoş təəssüratlarını bölüşdü. Həmçinin həmin binasa Kaliforniya ştatının əyalət idarəçilərin iclasına qısa şahidlik etdik. Ştatın paxtaxt şəhəri Sakramento ilə tanış olduq. Bundan əlavə, biz Amerikalı ailəsi ilə bir gün keçirdik. Onların mədəniyyətləri ilə yaxından tanış olduq. Mən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Amerika Birləşmiş Ştatları təhsil departamenti, Irex təşkiları, ABŞ-nın Azərbaycandakı səfirliyinə Fulbright TEA proqramında iştirakımda dəstəyə görə minnətdarlığımı bildirirəm.”
Qeyd edək ki, Fulbright Müəllim Mübadilələri ABŞ Dövlət Departamenti və ABŞ Hökuməti tərəfindən maliyyələşdirilir və IREX tərəfindən idarə olunur. Proqramlar Fulbright Xarici Təqaüd Şurasının müəyyən etdiyi siyasətlərlə idarə olunur.
Fulbright Tədris Mükəmməlliyi və Nailiyyət Proqramı (Fulbright TEA) beynəlxalq, yüksək səviyyəli müəllimləri altı həftəlik proqram üçün ABŞ-a gətirir. Müəllimlər ev sahibi universitetdə peşəkar inkişaf üçün akademik seminarlar keçirirlər. Onlar sinif otaqlarını müşahidə edir və öz təcrübələrini ev sahibi universitetdə və yerli orta məktəblərdə müəllim və tələbələrlə bölüşürlər.