Logo

Kürdəmirdə sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib

11.02.2023 15:19 448 baxış
IMG

Fevralın 11-də Kürdəmir rayonu Atakişili kənd M.Əzimov adına tam orta məktəbində rayonun ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma prosesinə dəstək məqsədilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfael Məmmədov, sektorun müvafiq əməkdaşları və məktəblərin ibtidai sinif müəllimləri iştirak ediblər.

Təhsil sektorunun müdiri Rəfael Məmmədov çıxış edərək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Xəbər lenti