Logo

Çinin ən böyük texnologiya şirkətləri “ChatGPT”nin analoqunu yaradacaqlar

12.02.2023 09:32 396 baxış
IMG

Çinin ən böyük texnologiya şirkətləri “ChatGPT” neyron şəbəkəsinin yerli analoqunu yaratmağı planlaşdırır.

Tehsil.biz "Gazeta.ru"ya istinadən xəbər verir ki, “Alibaba Group Holding”, “Tencent Holdings”, “Baidu”, “NetEase” və JD.com neyron şəbəkələri sahəsində öz məhsullarını sınaqdan keçirmək planlarını açıqlayıb.

“Baidu” birbaşa “ChatGPT” tipli bot yaratmağı düşündüyünü bəyan edib. “Alibaba” qeyd edib ki, şirkət detalları açıqlamadan artqı botun daxili sınaqlarını  aparır. “Tencent” süni intellekt tərəfindən yaradılan məzmun üzərində araşdırma aparıldığını bildirib. JD.com bəzi neyron şəbəkə texnologiyalarını xidmətlərinə inteqrasiya etmək, “NetEase” isə təhsil məqsədləri üçün oxşar məzmunu sınaqdan keçirdiklərini açıqılayıb.

Xəbər lenti