Fevralın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.
Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
1 nəfərin üzərində mobil telefon tapıldığı üçün imtahandan xaric olunub və nəticəsi araşdırılaraq ləğv olunacaq.
Fevralın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.