Logo

Yeniyetmələr arasında cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib

12.02.2023 22:32 349 baxış
IMG

11-12 fevral tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə U-13 və U-15 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib.

Tehsil.biz xəbər verir ki, turnir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 

U-13 və U-15 yeniyetmələrin fərdi yarışlarında 30 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 415 cüdoçu iştirak edib. 15 yaşa qədər cüdoçuların komanda yarışlarında isə qızlar arasında 3 komanda, oğlanlar arasında 6 komanda mükafatlar uğrunda mübarizə aparıb.

Qaliblərin siyahısını təqdim edirik.

Xəbər lenti