Türkiyəli yutuber Barış Öczan baş verən dəhşətli zəlzələdən zərərçəkənlər üçün 612 min dollar ianə toplayıb
Tehsil.biz xəbər verir ki, məşhur fenomen bu barədə öz instaqram hesabında məlumat paylaşıb.
O, fevral ayında baş verən iki böyük zəlzələnin yaralarını sarmaq üçün yutub platformasında türkcə məzmunlu 30-dan çox elm, texnologiya, mədəniyyət və sənət kanalı olaraq milli matəmdə 100 saat fasiləsiz canlı yayım etdiyini bildirib:
"Sizin sayənizdə yutub Türkiyə tarixində bir ilk olan canlı yayımımızda 612.000 $-dan çox (təxminən 11,5 milyon TL) toplaya bildik.
Bu yayıma göstərilən bütün yardımlar şəffaf şəkildə Ahbap, AÇEV, TOG, İhtiyaç Haritası və TEGV kimi müxtəlif qeyri-hökumət təşkilatlarının üzv olduğu Təbii Fəlakət Platformasına köçürüləcək", - yutuber paylaşımında qeyd edib.