Logo

Ekspertdən məktəbyaşlı uşaqların qidalanması ilə bağlı ÇAĞIRIŞ

14.02.2023 11:43 419 baxış
IMG

"Son zamanlar məktəbyaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb. Məktəbyaşlı uşaqların bu qidalardan çox istifadə etmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalara gətirib çıxarır".

Tehsil.biz xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev deyib.

Onun sözlərinə görə, qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir:

"Problemi aktual edən qəbizliyin hər yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır. Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müracət edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur".

Ekspert bildirib ki, qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri var:

"Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların istifadəsi qəbizliyin daha kiçik yaşlarda görülməsinə gətirib çıxarır. Ana südü təbii qəbizlik əleyhinə dərmandır.

Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və “fast-food”dan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur. Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur.

Uşaqlar arasında son vaxtlar telefon və kompyuterdən istifadə, həm oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompyuterə verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur".

Xəbər lenti