Logo

Bakıda müəllim müalicə olunmaq üçün şagirdlərdən pul tələb edib? - AÇIQLAMA

14.02.2023 15:54 1503 baxış
IMG

Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olub. Bununla əlaqədar müvafiq araşdırma aparılıb.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək.

"Məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır", - İdarədən bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə 49 nömrəli “İntellekt” məktəb-liseyin ingilis dili müəllimi Könül Həsənovanın şagirdlərdən müalicəsi üçün pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Mərcanə Əsədova

Xəbər lenti