Türkiyənin Malatya şəhərində 4 azərbaycanlı tələbənin yaşadığı binanın dağıntıları altında axtarışları davam edir.
İTV həmin ərazidən görüntü paylaşıb.
Bildirilib ki, həmin əraziyə nəşin kimliyinin müəyyən olunması üçün tələbələrin yaxınları dəvət olunub.
Tələbələrin hər birinin valideyni gəlib və nəşin onların yaxınlarının olmadığını bildiriblər.
Daha sonra əraziyə həmin binada yaşamış digər yerli sakinlərin yaxınları da dəvət olunsa da, onlardan da nəşi təsbit edən olmayıb.
***
Malatyada xilasedicilər tərəfindən 4 azərbaycanlı tələbədən 1-i dağıntılar altından çıxarılıb.
"Tehsil.biz"in məlumatına görə, itkin düşən tələbələrin valideynləri hadisə yerindədir.
Çıxarılan cəsəd tanınmaz olduğu üçün kimliyini müəyyən etmək mümkün olmayıb.
Digər tələbələrin axtarışları davam edir.