Logo

Təlimat liderliyi nəzəriyyəsinin əsas yaradıcısı “Yeni çağırışlar”da

14.02.2023 17:43 326 baxış
IMG

Beynəlxalq səviyyədə tanınmış professor, innovator və yazıçı Filip Hallincer “Yeni çağırışlar” müzakirə proqramının 18 fevral saat 10:30-da yayımlanacaq növbəti buraxılışında qonaq olacaq.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Təhsildə liderliyin inkişafı, təhsil islahatları və məktəbin təkmilləşdirilməsi sahələrində mütəxəssis Filip Hallincer ilə təlimat liderliyi nəzəriyyəsi haqqında fikir mübadiləsi aparılacaq.

Filip Hallincer hazırda Mahidol Universitetində (Tailand) liderlik və davamlı inkişaf üzrə professor, Yohannesburq Universitetində (CAR) isə fəxri professor olaraq çalışır. “Təhsil idarəçiliyi” jurnalının baş redaktorudur.

Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin dəstəyi, “T-Network” platformasının təşkilatçılığı ilə nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Xəbər lenti