Fevralın 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqrımının otuz birinci il dönümü ilə əlaqədar "Qisası alınan torpaq" adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə A.Ç.Bağırov adına Vərgədüz kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
İlk öncə faciə qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Xocalı soyqırımı haqqında məlumat verib, faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.
Yekunda tədbir iştirakçıları Xocalı Soyqrımına həsr olunan "Qisası alınan torpaq" adlı sərgiyə baxış keçiriblər.