Logo

Lerikin Kəlvəz kəndində modul tipli məktəb binasının tikintisi davam edir - FOTO

15.02.2023 12:11 504 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lerik rayonunun Kəlvəz kəndində modul tipli məktəb binasının tikintisi davam etdirilir.

Tehsil.biz xəbər verir ki, yeni məktəb binası modul tipli layihə əsasında 56 yerlik olmaqla inşa edilib. Binada daxili tamamlama işləri aparılır. 

Qeyd edək ki, hazırda rayon ərazisində 3 modul tipli məktəb binasının tikintisi davam etdirilir. 

Gələcəkdə rayon ərazisində yeni məktəb binaların tikintisinin və təmir bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti