Logo

18 yaşı bu il tamam olan şəxs qəbul imtahanlarında iştirak edə bilər?

15.02.2023 13:08 404 baxış
IMG

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən keçən il orta məktəbi bitirən və cari il aprelin 30-dək 18 yaşı tamam olan oğlan abituriyentlərin (həmçinin bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il iyulun 30-dək tamam olan kollec məzunlarının) elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında əks olunmalıdır.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, keçən il orta məktəbi bitirən və 18 yaşı bu il aprelin 30-dan sonra tamam olan oğlan abituriyentlər isə özləri qeydiyyatdan keçərək qəbul imtahanlarında iştirak edə bilərlər.

Onlardan hərbi xidmətə çağırışdan möhlətlə bağlı məlumat tələb olunmur.

Mərcanə Əsədova

Xəbər lenti